İsveç Təhlükəsizlik Xidməti “Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində baş verən partlayışla əlaqədar istintaqa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, artıq partlayış baş verən ərazinin yaxınlığında dəlil və sübutların toplanması üçün Sahil Mühafizəsinin xüsusi sualtı cihazları əməliyyatda istifadə edilir.
"Təhlükəsizlik polisi istintaqı öz üzərinə götürür, çünki bu, ən azı qismən İsveçin maraqlarına qarşı yönəlmiş ciddi cinayət ola bilər. Baş verən hadisənin arxasında xarici gücün dayanması imkanlarını da istisna etmək olmaz", - deyə səlahiyyətli şəxslər bildiriblər.