“Biz Ukraynadakı "referendum"la bağlı açıqlama vermişik. Krımın qeyri-qanuni ilhaqını tanımadığımız kimi, "referendum"un nəticələrini tanımayacağıq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib: “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”.