Yaponiyanın “Toyota” avtomobil konserni dünya üzrə 2,4 milyondan artıq hibrid avtomobilini mühərrik problemi səbəbindən geri çağırır.
NUHÇIXAN xarici saytlara istinadən bildirir ki, onların sırasında müxtəlif modellərlə yanaşı “Prius” markalı avtomobillər də var.
Ümumilikdə isə, Yaponiyadan 1,25 milyon, ABŞ-dan 830 min, Avropadan isə 290 min avtomobil geri çağırılacaq.