“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçularladır”.
H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.