Ermənistan Müdafiə Nazirliyi sentyabrın 28-də sərhəddə törədilmiş təxribat zamanı Azərbaycan tərəfinin cavab atəşi nəticəsində məhv edilən üç hərbçisinin adını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məhv edilən hərbçilər polkovnik-leytenant Nahapet Marqaryan, serjant Ovannes Sukiasyan və sıravi Edvard Ovannisyandır.
“Ermənistan Respublikasının Müdafiə Nazirliyi ağır itki ağrısını bölüşür və hərbçilərin ailə üzvlərinə, qohumlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, ermənilərin dünənki təxribatı zamanı Azərbaycan Ordusunun bir əsgəri yaralanıb.