Avrozonada iqtisadi inam indeksi 2020-ci ildən bəri ən aşağı səviyyədədir

A- A A+

Avrozonada iqtisadi inam indeksi 2020-ci ildən bu vaxtadək ən aşağı səviyyəyə enib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sentyabr ayında Avrozonada iqtisadi inam indeksi 93,7-yə düşüb. Bu, 2020-ci ilin noyabrından bəri qeydə alınan ən aşağı göstəricidir. İqtisadi inam indeksi ardıcıl 7-ci aydır geriləyir.

İndeksdə xidmətlər sektorundan tutmuş sənayeyə qədər bütün kateqoriyalarda geriləmə qeydə alınıb. Ən böyük azalma - 28,8 ilə istehlakçı inam indeksində müşahidə olunub.

Ekspertlərin fikrincə, iqtisadi inam indeksi rekord inflyasiya göstəriciləri və enerji problemləri səbəbindən yaranan narahatlıqlar fonunda geriləyir.

Sorğular göstərir ki, istehlakçıların yüksək inflyasiya gözləntiləri artmaqdadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: