Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumları” və qanunsuz ilhaqı tanımır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ittifaqın bəyanatında bildirilib.
“Biz Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən qanunsuz ilhaqını qətiyyətlə rədd edir və birmənalı şəkildə pisləyirik. Qaydalara əsaslanan beynəlxalq nizamı qəsdən pozmaqla və Ukraynanın müstəqillik, suverenlik və ərazi bütövlüyü kimi fundamental hüquqlarını, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş əsas prinsiplərini açıq-aşkar pozmaqla, Rusiya qlobal təhlükəsizliyi riskə atır”, - Aİ-nin bəyanatında vurğulanıb.
Bildirilib ki, Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək.