Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO Alyansının bir hissəsidir.
“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.
Ukrayna lideri qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib:
“De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.