Rusiya Ukrayna ilə danışıqlara hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən mərasimdə bildirib.
Rusiya Prezidenti deyib ki, Moskva Kiyevi döyüş əməliyyatlarına dərhal son qoymağa və danışıqlar masası arxasına qayıtmağa çağırır. Eyni zamanda, V.Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə keçirilən referendumların nəticələrinin müzakirə edilməyəcəyini vurğulayıb.