Rusiyanın Monteneqrodakı səfirliyi konsulluq xidmətlərinin dayandırıldığını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, buna səbəb kimi rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsi göstərilib.
Səfirlikdən bildirilib ki, Monteneqronun Xarici İşlər Nazirliyi tərəfindən rusiyalı 6 diplomatın arzuolunmaz şəxs elan edilməsindən sonra sentyabrın 30-dan etibarən konsulluq xidmətləri qeyri-müəyyən müddətə fəaliyyətlərini dayandırıb. Vətəndaşlara konsulluq xidmətləri üçün qonşu ölkələrin səfirliklərinə müraciət etmələri tövsiyə olunub.
Qeyd edək ki, Monteneqronun Xarici İşlər Nazirliyi iki ölkə arasında diplomatik münasibətləri pozduqları üçün rusiyalı 6 diplomatı arzuolunmaz şəxs elan etdiyini açıqlayıb.