İstanbul 2023-cü il üçün Türk Dünyasının Gənclik Paytaxtı elan edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu Bursada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) gənclər və idman nazirlərinin VI toplantısında bildirib. Qeyd edək ki, toplantı IV Dünya Köçəri Oyunları çərçivəsində keçirilib.
Mehmet Muharrem Kasapoğlu İstanbulun Gənclik Paytaxtı adını qürurla daşıyacağından, Türk dünyası gəncləri arasında həmrəyliyin daha da güclənməsindən, eləcə də əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə vəsilə olacağından əminliyini ifadə edib. Qeyd edək ki, bundan əvvəl “Türk Dünyasının Gənclik Paytaxtı” adını Özbəkistanın Buxara şəhəri daşıyıb.
TDT-nin gənclər və idman nazirlərinin 6-cı Toplantısında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyev, eləcə də Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstanın idman və gənclər nazirləri iştirak ediblər.