Ukrayna Prezidenti Volodimir Zelenski orduya payız çağırışını ləğv edib, tərxisi isə təxirə salıb.
NUHÇIXAN İnformasiya Agentliyi “Ukraina online”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı sərncam imzalayıb.
Sərəncama əsasən, bu ilin oktyabr-dekabr aylarında Ukraynada hərbi xidmətə çağırış kampaniyası keçirilməyəcək.
Məlumata görə, Ukrayna Prezidenti hərbi qulluqçuların ehtiyata buraxılmasını da müəyyən müddətə təxirə salıb.