Türkiyənin Muğla vilayətində 4,8 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla 13:58-də baş verən yeraltı təkanlar bir çox vilayətdə hiss olunub.
Zəlzələnin episentri Muğlanın Köyceğiz rayonudur.
Yeraltı təkanların ocağı yerin 8,11 kilometr dərinliyindədir.