Şanxayın Meteorologiya Xidməti sentyabrın 3-də güclü istilər səbəbindən şəhərdə sarı xəbərdarlıq səviyyəsi elan edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, müvafiq bildiriş qurumun “Weibo” sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
Çinin Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, Şanxayın bəzi rayonlarında havanın hərarəti 35 dərəcəyədək yüksəlib. Hakimiyyət orqanları sakinləri zərurət olmadan evdən çıxmamağa və ehtiyat tədbirləri görməyə çağırıb.
Bu yay Şanxayda meteoroloji müşahidələr tarixinin ən isti fəsli müşahidə edilib. Ardıcıl olaraq iki ay şəhərdə termometrlərin şkalası 40 dərəcədən aşağı düşməyib. Ümumilikdə isə Çində isti hava şəraiti ümumilikdə 64 gün - avqustun 15-dək davam edib.