Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi "Fərat qalxanı" antiterror əməliyyatı çərçivəsində daha 7 terrorçu zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, zərərsizləşdirilənlərdən biri PKK terror təşkilatının yüksək səviyyəli liderlərindən biri olub.
Bölgədə antiterror əməliyyatı davam etdirilir.