Avropa Statistika İdarəsi - “Avrostat” Avropa İttifaqına (Aİ) üzv ölkələrdə rəqəmsal təminetmə sahəsində bu yaxınlarda aparılan tədqiqatın nəticələrini dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədqiqatın nəticələrindən koronavirus pandemiyasının Aİ-yə üzv bütün ölkələrdə ümumdünya şəbəkəsindən və mobil cihazlardan istifadənin kəskin artmasına səbəb olduğu açıq-aydın görünür. Ötən il orta səviyyəli Avropa ailəsinin 91 faizinin genişzolaqlı internetə çıxışı olub ki, bu da ABŞ-dakı orta göstəricidən 1 faiz bəndi aşağıdır.
Hesabata əsasən, Avropa ailələrində internetə əlçatanlıq son 10 il ərzində daim artaraq 17 faiz bəndinə çatıb. Bütün dünyada artım orta hesabla 6 faiz bəndi təşkil edib.
Genişzolaqlı internetin ümumi həcmi Aİ-nin böyük şəhərlərində 95,6 faiz təşkil edib. Bununla belə, nisbətən inkişafdan geri qalan regionlarda bu göstərici 86 faizdən aşağı olmayıb.