Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın RF-Belarus İttifaq Dövlətinə qoşulması planları barədə xəbərləri “cəfəngiyat” hesab edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, D.Peskov Ermənistan mətbuatında guya Rusiyanın bu ölkəni RF-Belarus İttifaq Dövlətinə üzvlüyü planı ilə bağlı yayılan xəbərləri “növbəti cəfəngiyat” adlandırıb.
Xatırladaq ki, bəzi erməni mətbuat orqanları guya Ermənistanı RF və Belarus ittifaqına cəlb etmək üçün Rusiyanın Azərbaycanı təşviq etməsi barədə xəbərlər yayıb.