Kiyev vilayətinin Bila Tserkva şəhəri kamikadze pilotsuz uçuş aparatları ilə vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksey Kuleba teleqram səhifəsində məlumat verib.
Onun sözlərinə görə, şəhərdə bir neçə partlayış səsi eşidilib, bəzi infrastruktur obyektlərdə yanğın baş verib. Xəsarət alanlar var.