Xarkov vilayətinin Borovaya şəhəri işğaldan azad edilib.
NUHÇIXAN İnformasiya Agentliyi UNİAN-a istinadən xəbər verir ki, şəhər Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələri tərəfindən azad olunduqdan sonra ərazidə dövlət bayrağı ucaldılıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xerson, Xarkov, Luqansk və Donetsk vilayətlərində onlarca yaşayış məntəqəsinin işğaldan azad edildiyini söyləyib.