Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının paytaxtı Praqa şəhərinə səfərə gedib. Prezident Rəcəb Tayyib Ərdoğanı dövlət və hökumət nümayəndələrindən ibarət geniş tərkibli rəsmi heyət müşayiət edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərin məqsədi “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etməkdir.
Türkiyə dövlət başçısının səfər çərçivəsində ikitərəfli görüşləri də nəzərdə tutulub.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında vurğulayıb ki, Paşinyanın görüşmək istəyinə uyğun olaraq onların Praqada görüşməsi mümkündür.