Avropa İttifaqı Rusiyaya qarşı 8-ci sanksiyalar paketini təsdiq edib

A- A A+

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Aİ 8-ci sanksiyalar paketində Rusiyadan 7 milyard avro dəyərində mal ixracına qadağa qoyub.

Sanksiyalar paketinə əsasən, üçüncü ölkələrə neftin müəyyən olunmuş qiymət həddindən baha qiymətə satışı mümkün olmayacaq.

Aİ Rusiyadan müəyyən növ polad məmulatları, plastik və kimyəvi vasitələrin, kömürün alınmasına və bu ölkəyə silah üçün elektron komponentlərin, aviasiya üçün texniki məmulatların satışına, eləcə də Rusiya təşkilatlarına IT xidmətləri və hüquqi xidmətlər göstərilməsinə qadağa qoyub.

Bundan əlavə, sənədə görə, Aİ vətəndaşları Rusiyanın dövlət müəssisələrində rəhbər vəzifələr tuta bilməzlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: