Rəcəb Tayyib Ərdoğan: Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulması ilə bağlı hədəflərimizə çatacağımıza inanıram
Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulmasının təməli olan tam normallaşma ilə bağlı hədəflərimizə çatacağımıza inanıram. Türkiyə, Ermənistan və Azərbaycan arasındakı əlaqələri tezliklə intensivləşdirib bu məsələni həll etmək istəyirik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çex Respublikasının Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında ifadə edib.
“Avropa siyasi birliyi” Zirvə Toplantısındakı müzakirələr, Türkiyənin mövcud proseslərə sərgilədiyi dəyişməz mövqeyi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlər və rəsmi Ankaranın vasitəçilik missiyasının nəticələri, Kipr böhranının həlli, eyni zamanda Ermənistanın Baş naziri ilə keçirdiyi görüşdən bəhs edən Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, heç də hər zaman ədalətli mövqedə olmayan bəzi Avropa ölkələri artıq gerçəklikləri qəbul etməyə başlayıblar.