Türkiyə ordusu Suriyanın şimalında "Sülh çeşməsi" əməliyyatı zonasında 8 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terror təzahürlərinə qarşı mübarizəni davam etdirəcək.