Rusiya “Böyük iyirmilik” ölkələrinin İndoneziyada keçiriləcək Sammitində iştirak edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. O deyib ki, Rusiyanın Sammitdə iştirak formatı hələlik dəqiqləşdirilməyib.
“Böyük iyirmilik” ölkələrinin 17-ci Sammiti bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.