Krıma hərəkət edən qatarlara bilet satışı dayandırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə “Rusiya Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə, Krım və Krasnodar arasında əlaqələri təmin etməkdən ötrü 4 yaxud 5 bərədən istifadə olunacaq.
Rusiya Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, Krım körpüsündə partlayış zamanı dizel yanacağı olan qatarda baş verən yanğın söndürülüb.
Ölkənin Nəqliyyat Nazirliyi partlayış nəticəsində körpüyə dəymiş ziyanı, bərpa işlərinin həcmini və bunun üçün lazım olan zamanı qiymətləndirməyə başladıqlarını elan edib: “Krımın əhalisini və iqtisadiyyatını mal və məhsullarla təmin etmək üçün yeni logistik sxemlər hazırlanıb”.
Bundan başqa, Krım körpüsünün oktyabrın sonunadək bağlandığı açıqlanıb.