Türkiyə İraq və Suriyada 10-dan çox terrorçu zərərsizləşdirib

A- A A+

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında həyata keçirdiyi iki ayrı əməliyyat nəticəsində 6 terrorçu zərərsizləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Qara bölgəsində 3, Asos bölgəsində 2 PKK terrorçusu məhv edilib.

Eyni zamanda Türkiyə ordusu Suriyanın şimalında "Sülh bulağı" və "Zeytun budağı" antiterror əməliyyat bölgələrində 6 terrorçunu zərərsizləşdirib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, PKK terrorçularının hücumunun qarşısı alınıb. Bölgədə əməliyyatlar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: