Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 nəfər həlak olub, 40 nəfər yaralanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev məlumat verib.
Raketlərin zərbələri nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib.
"İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - A.Kurtev yazıb.
O, yerli sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb.
Xatırladaq ki, gecə ərzində Zaporojye iki dəfə raket atəşinə tutulub. İkinci dəfə isə 10-a yaxın raketin atıldığı qeydə alınıb.
Qeyd edək ki, oktyabrın 6-da Zaporojyenin atəşə tutulması nəticəsində həlak olanların sayı isə 18 nəfərə çatıb.