Türkiyə ordusu Suriyanın şimalında YPG-nin (PKK terrorçularının Suriya qanadı - red.) 8 yaraqlısını zərərsizləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik YPG/PKK yaraqlılarının "Barış pınarı" antiterror əməliyyatı zonasının atəşə tutulmasına cavab olaraq zərərsizləşdirildiyini vurğulayıb.
Qeyd edək ki, PKK yaraqlıları 1984-cü ildən Türkiyədə bir sıra qanlı cinayətlər törədiblər. Nəticədə 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 mülki şəxs bu terror təşkilatının qurbanı olub.
ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyıb.