Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.
NUHÇIXAN İnformasiya Agentliyi “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.
O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.
Dağıntı və tələfatla bağlı araşdırma aparılır.
Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibb müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.