“Ukraynada müharibənin daha dəhşətli fazası başlayır".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ-ın CNN nəşrinin analitiki Stefan Kollinson “Putinin mülki şəxslərə qarşı qəzəbi müharibədə yeni qəddar mərhələnin xəbərçisi ola bilər” adlı təhlilində bildirib.
O yazıb ki, Rusiya Prezidenti Vladimir Putinin son intiqam aktı onun Krım körpüsünün dağıdılmasına olan qəzəbinin təzahürü kimi qiymətləndirilə bilər.
“Lakin bu, həm də müharibədə daha dəhşətli dönüş nöqtəsinin yaranacağı perspektivini artırır. Mesaj dünya üçün aydın idi. Putin alçaldılmaq istəmir. O, məğlubiyyətini etiraf etməyəcək. O, döyüş meydanında durumun dəyişməsinə cavab olaraq mülki qırğınlara və ayrı-seçkilik etmədən terror törətməyə hazırdır”, - S.Kollinson vurğulayıb.