ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək planı yoxdur

A- A A+

ABŞ Prezidenti Co Bayden qarşıdakı G20 sammitində Rusiyanın dövlət başçısı ilə görüşməyi planlaşdırmır, lakin bu, Vladimir Putinin nəyi müzakirə etmək istəməsindən asılı olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Co Bayden bu barədə CNN telekanalına müsahibəsində jurnalistin müvafiq sualını cavablandırarkən deyib.

“Bizim mövqeyimiz bəllidir. Ukrayna ilə bağlı heç nəyi Kiyevsiz müzakirə etməyəcəyik. Bu səbəbdən nə mən, nə də başqası Rusiyanın Ukraynada qalması, bir hissəsini ilhaq etməsi və bu kimi digər məsələlər ətrafında danışıqlar aparmağa hazır deyilik. Bu, Vladimir Putinin konkret nə barədə danışmaq istəməsindən asılıdır”, - deyə ABŞ Prezidenti bildirib.

Co Bayden, həmçinin Rusiya lideri haqqında danışarkən onun sərt davrandığını, hərbi cinayətlər törətdiyini və bu səbəbdən onunla görüşməyin mənasız olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: