Rusiya Prezidenti Türkiyədə enerji qovşağı yaratmağı təklif edib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin Avropaya qaz nəqlində Türkiyə ərazisinin başlıca marşrut ola biləcəyini qeyd edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri o, Moskvada keçirilən “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda səsləndirib. V.Putin həmçinin Türkiyədə enerji qovşağı yaratmağı da təklif edib.

Dünyanın 70 ölkəsindən 3 mindən çox iştirakçının qatıldığı “Rusiya enerji həftəsi” Beynəlxalq Forumunda Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Rusiya Prezidenti “Dünya bazarları: inkişaf naminə əməkdaşlıq” mövzusunda plenar iclasda çıxış edib. İclasda həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Qazaxıstanın energetika naziri Bolat Akçulakovun çıxışları gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: