Türkiyənin energetika və təbii sərvətlər naziri Rusiya Prezidentinin təklifinə münasibət bildirib

A- A A+

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “Rusiya energetika həftəsi” forumu çərçivəsində çıxışı zamanı Prezident Vladimir Putinin Türkiyə ilə bağlı səsləndirdiyi təkliflərin texniki cəhətlərinin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə türkiyəli nazir forum çərçivəsində təşkil olunmuş “Dünya bazarları: inkişaf naminə əməkdaşlıq” mövzusunda plenar iclasda çıxışı zamanı bildirib. Xatırladaq ki, Rusiya Prezidenti forumdakı nitqində “Şimal axını” ilə nəql edilən qazı indi Qara dənizə yönəltməyi, Türkiyədən Avropaya qaz nəqli üçün iri qaz qovşağı yaratmağı təklif edib.

Türkiyəli nazir bu təklifin ilk dəfə səsləndirildiyini və layihənin texniki cəhətlərinin işlənib hazırlanmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: