Ukrayna ilə NATO arasında uzunmüddətli əməkdaşlıq ölkənin artıq de-fakto alyansın iştirakçısı olduğunu deməyə əsas verir.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib.
“Ukraynaya dəstəyinə görə NATO-nun Baş katibi Yens Stoltenberqə minnətdaram. Biz uzun yol keçmişik və alyansa de-fakto qoşulmuşuq”, - nazir tviter səhifəsində belə yazıb.
Xatırladaq ki, sentyabrın sonlarında Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya sürətlənmiş qaydada daxil olması üçün ərizəni imzalayıb. Yens Stoltenberq alyansın bu müraciətə baxmağa hazır olub-olmadığı barədə jurnalistlərin sualına birbaşa cavab verməkdən yayınıb. Aİ-nin daxili bazar üzrə Avropa komissarı Terri Breton bildirib ki, ərazisində hərbi əməliyyatlar getdiyi bir vaxtda Ukrayna NATO-ya daxil ola bilməz.