Rusiyada səfərbərliklə hərbi xidmətə çağırılanlar arasından həlak olanlar barədə ilk rəsmi məlumat yayılıb
Rusiyada qismən səfərbərlik üzrə Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edənlər arasında həlak olanlar barədə ilk rəsmi məlumat yayılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çelyabinsk vilayəti qubernatorunun mətbuat xidməti Ukraynada xüsusi hərbi əməliyyatlar zamanı səfərbərliklə hərbi xidmətə çağırılmış 5 yerli sakinin həlak olduğunu bildirib.
Həlak olanlar Korkino şəhər hərbi komissarlığından hərbi xidmətə çağırılıblar. Onların hansı şəraitdə həlak olduğu məlum deyil. Həlak olanların ailələrinə maddi yardım göstəriləcək.