“Sony” və “Honda” elektromobillərin birgə istehsalına başlayacaq

A- A A+

Yaponiyanın elektrik texnikası istehsalçısı “Sony Group” və avtomobil istehsalçısı “Honda Motor” elektrokarların birgə istehsalına başlayacaqlarını elan ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi Yaponiya mediasına istinadla xəbər verir ki, “Sony” və “Honda” rəhbərliyi Tokioda keçirilən mətbuat konfransında elektromobillərin ABŞ-dakı “Honda Motor” zavodunda istehsal olunacağını deyiblər. Sifarişlər 2025-ci ilin birinci yarısından qəbul ediləcək, tədarüklər isə 2026-cı ildən başlayacaq. Satışların əsasən internet vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Hər iki korporasiya hələ mart ayında “Sony Honda Mobility” adlı ortaq kompaniya qurduqlarını elan edib. Bu struktur çərçivəsində korporasiyaların potensialları birləşdiriləcək. “Honda Motor” avtomobil istehsalında öz nailiyyətlərini, “Sony Group” isə rabitə, elektron sensor, musiqi, video sahəsində ən son texnologiyalarını ortaya qoyacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: