Türkiyə milli müdafiə naziri Hulusi Akar Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos ilə görüşüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş Brüsseldə NATO müdafiə nazirləri toplantısı çərçivəsində baş tutub.
Nazir Akar yunan həmkarı ilə görüşdən əvvəl ABŞ, Almaniya, Fransa və İngiltərənin müdafiə nazirləri ilə də görüşüb.