“Ukraynadakı müharibəni sona çatdırmaq asan məsələ deyil”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, Türkiyənin Qərblə Rusiyanı bir araya gətirmək təşəbbüsü olmayıb: “Amma Rusiya ilə Ukrayna sayəmizdə danışıqlar masası arxasına oturub. Hər iki tərəfin xarici işlər nazirləri müzakirə aparıblar. Prezidentlər isə hələ görüşməyib”.
Çavuşoğlu bildirib ki, sülh nə vaxtsa olacaq: "Bu, xüsusilə Ukrayna üçün ədalətli olmalıdır. Rusiya ilə Qərbin müzakirə etməli olduğu məsələlər var. Əlbəttə, biz hər zaman töhfə verməyə hazırıq. Amma hələ ki təşəbbüsümüz olmayıb".