Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiya və Ukrayna dövlət başçıları ilə apardığı danışıqların nəticəsini müsbət qiymətləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, R.Qrossi mətbuat açıqlamasında Zaporojye AES ətrafında mühafizə zonasının yaradılması ilə əlaqədar təmasların davam etdiyini və irəliləyiş əldə edildiyini bildirib. Onun sözlərinə görə, rəsmi Moskva və Kiyevdən hər-hansısa razılıqla bağlı konkret siqnallar hələlik yoxdur.
R.Qrossi bir həftə əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə, bu həftə Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlar aparıb. Sonra Kiyevə dönən R.Qrossi burada xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Ukraynadan Polşaya qatarla dönən R.Qrossi öz tviter hesabında bir həftə davam edən səfərinin yekununda tərəflər arasında mühafizə zonasının yaradılması ilə bağlı yaxınlaşma olduğunu ifadə edib. O, AES-dəki vəziyyətin qəbuledilməz olduğunu, stansiyanın mühafizəsi üçün dərhal tədbirlərin görülməli olduğunu bildirib.