Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçilik missiyasını yüksək qiymətləndirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, V.Putin Astanada keçirilən mətbuat konfransında Türkiyə Prezidentinin Ukraynadan taxıl nəqlində və Rusiya ilə Ukrayna arasında əsirlər mübadiləsində fəal iştirakını qeyd edib.
“Cənab Ərdoğan bir sıra problemlərin, o cümlədən mübadilə ilə bağlı məsələlərin həllində mühüm rol oynayıb. O, bu işə real olaraq şəxsən qoşulub və məlum olduğu kimi, nəticələr var. Biz ona bu işə görə də minnətdarıq, çünki öz hərbçilərimizi, zabitlərimizi geri aldıq”, - deyə V.Putin bildirib.