Rusiyada 222 min adam qismən səfərbərlik çərçivəsində hərbi xidmətə cəlb olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, iki həftə ərzində 222 min adam qismən səfərbərlik çərçivəsində hərbi xidmətə çağırılıb. Onların 33 mini hərbi hissələrdədir, 16 min nəfər isə döyüş əməliyyatlarında iştirak edir.
V.Putin əlavə edib ki, Müdafiə Nazirliyi əlavə səfərbərlik üçün müraciət etməyib və iki həftə ərzində səfərbərlik tədbirləri başa çatacaq.