Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində baş vermiş partlayışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu hadisə yerinə yola düşüblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə Bartının Amasra rayonunda meydana gəlib.
Bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.
Hadisə ilə bağlı açıqlama verən Bartın valisi Nurtaç Aslan partlayışın Amasra Taşkömürü Müəssisəsində baş verdiyini və səbəblərinin hələ bəlli olmadığını deyib.
Qeyd edilib ki, çox sayda qrup bölgədə axtarış-xilasetmə işlərini davam etdirir. Mədənin 300 mərtəbə dərinliyində 44, 350-də isə 5 nəfər qalıb. Səkkiz nəfər isə öz imkanları ilə çıxa bilib.