Türkiyədə mədəndə partlayış baş verib

A- A A+

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində partlayış baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə Bartının Amasra rayonunda yerli vaxtla 18:45-də meydana gəlib.

Bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Yerin altında fəhlələrin olduğu bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Bartın valisi Nurtaç Aslan partlayışın səbəblərinin hələ bəlli olmadığını deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: