Avrozonada avqust ayında xarici ticarət kəsiri (mənfi saldo) 51 milyard avro təşkil edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, avqustda Avrozonada ixracın dəyəri ötən ilin müvafiq ayı ilə müqayisədə 24 faiz artımla 231,1 milyard avro, idxal isə 53,6 faiz artaraq 282,1 milyard avro olub.
Avqustda Avropa İttifaqının (Aİ) ixracının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz artaraq 207,1 milyard avro, idxalın dəyəri 56,4 faiz artaraq 271,6 milyard avro olub. Hesabat ayında Aİ-də 64,7 milyard avro mənfi saldo qeydə alınıb.
Beləliklə, Avrozona və Aİ-də qeydə alınan mənfi saldo göstəriciləri “Eurostat” tərəfindən məlumatların ilk toplandığı dövrdən bəri ən yüksək səviyyəyə çatıb.