Xüsusi istintaq xidməti Ermənistanın ən böyük telekanallarından birinin – ikinci İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.
NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qurumun mətbuat xidməti həbsin təfərrüatları barədə məlumat verməyib. Mayrapetyanın vəkilləri də təhqiqat sirrini əsas gətirərək biznesmenin saxlanılma səbəblərini açıqlamaqdan yayınıb.
Ermənistanın ən nüfuzlu biznesmenlərindən biri olan Samvel Mayrapetyan avtomobil salonlarına, tikinti kompaniyalarına və restoranlara malikdir. Bundan başqa o, 2008-ci ildə konstitusiya quruluşunu dəyişməkdə ittiham edilən sabiq prezident Robert Koçaryana yaxın fiqurlardan biridir.