Bu gün səhər saatlarında Kiyevin Şevçenko rayonunda dron-kamikadzenin hücumuna məruz qalan yaşayış binasında partlayış baş verib.
NUHÇIXAN İnformasiya Agentiyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko “Teleqram” səhifəsində bildirib. Onun sözlərinə görə, partlayış baş verən binadan 18 sakin xilas edilib. İlkin məlumata əsasən, dağıntıların altında iki nəfər qalıb. Xilasetmə əməliyyatı və dağılmış tikinti konstruksiyalarının söndürülməsi işləri davam edir.
“Ölənlərin olub-olmadığı barədə informasiya dəqiqləşdirilir”, - deyə Kliçko bildirib. O, həmçinin Kiyev sakinlərinə ciddi zərurət olmadığı təqdirdə şəhərin mərkəzinə gəlməmələri xahişi ilə müraciət edib.
Rusiya dron-kamikadzelərinin hücumundan sonra Kiyevin mərkəzindəki bir neçə küçədə nəqliyyatın hərəkəti dayandırılıb.