“Rusiya Silahlı Qüvvələrinə oktyabrın sonunadək Baxmutu ələ keçirmək tapşırığı verilib”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “We-Ukraine” media platformasına müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun daha da irəliləməsinə imkan vermir: “Rusiya Silahlı Qüvvələrinə Donbassın inzibati sərhədinə çatmaq tapşırılıb. İndi onlar bu ayın sonuna kimi Baxmutu tamamilə işğal etməyi planlaşdırırlar”.
O, Baxmutu hazırda Ukraynanın şərqində ən şiddətli döyüşlərin aparıldığı ərazi adlandırıb.