Rusiya Təhlükəsizlik Şurası miqrasiya proseslərinin tənzimlənməsi məsələlərini müzakirə edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
İclasda miqrasiya sahəsində milli təhlükəsizliyə təhdidlərin qarşısının alınması və miqrasiya proseslərinin tənzimlənməsi məsələləri müzakirə olunacaq.
Mövzu barədə məruzə ilə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin çıxış edəcəyi gözlənilir.