Bu gün günorta saatlarında Ukraynanın bütün vilayətlərində hava həyəcanı elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya ərazisindən raket hücumlarının trayektoriyasının paytaxt Kiyev və digər böyük şəhərlərə istiqamətləndirildiyi bildirilir.
Hakimiyyət orqanları vətəndaşları sığınacaqlarda daldalanmağa çağırıb.
Qeyd edək ki, son bir həftədə Ukraynanın böyük şəhərlərinə edilən raket zərbələri nəticəsində ölkənin enerji infrastrukturunun 30 faizi yararsız hala düşüb.