Bolqarıstan Liverpulda keçiriləcək “Eurovision 2023” mahnı müsabiqəsində bunun üçün lazımi vəsait olmadığına görə iştirak etməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “24 saat” nəşri yazır.
Bolqarıstan Milli Televiziyasının İdarə Heyəti qeyd edib ki, müəssisənin büdcəsi 2 milyon leva (bir milyon dollardan çox) azalıb, xərcləri isə üç dəfə artıb. Bundan əlavə, Bolqarıstan tərəfinin nümayəndələri elektrik enerjisinin kəsilməsi və isitmə ilə bağlı Avropa böhranı fonunda “Eurovision” kimi əyləncələrin tamamilə əsassız olduğunu bildiriblər.